İranın xarici işlər naziri Abbas Əraqçi son günlər İsrailin hərbi əməliyyatları fonunda ABŞ-nin xüsusi nümayəndəsi Steven Vitkoff ilə bir neçə dəfə telefonla danışıb.
Bu barədə Reuters diplomatik mənbələrə istinadən xəbər verib.
Onların məlumatına görə, onlar münaqişəyə diplomatik yolla son qoymaq imkanlarını müzakirə ediblər. Avropalı diplomatlardan birinin sözlərinə görə, “Əraqçi Vitkoff-a İranın nüvə danışıqlarına qayıtmağa hazır olduğunu deyib, lakin İsrail bombardmanlarını davam etdirsə, bunu edə bilməyəcək”.
Yaxın Şərqdəki mənbə bildirib ki, İran xarici işlər naziri Vaşinqtonun İsraili hücumlarını dayandırmağa məcbur edəcəyi təqdirdə ölkənin nüvə proqramı ilə bağlı çeviklik nümayiş etdirməyə hazır olduğunu bəyan edib.
Reuters dialoqa amerikalıların təşəbbüs göstərdiyini bildirib.
Mövsüm
Aznews.az