Kiyevin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib

19 İyun 2025 22:45 (UTC+04:00)

Kiyevin mərkəzində Aktiv Axtarış və İdarəetmə Agentliyinin (ARMA) hərəkətlərinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib.

Bu barədə Ukraynanın İnsider UA nəşri məlumat yayıb.

Etirazçılar Kiyevin mərkəzində Həmkarlar İttifaqları Evinin girişinə toplaşıblar. Binanın girişi polis tərəfindən kəsilib.

"Etirazçılar iyunun 24-dək ultimatum veriblər. Əgər qərar olmasa, etiraz daha da böyüyəcək", - nəşr öz Telegram kanalında yazıb.

Mövsüm

Aznews.az