Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB

20 İyun 2025 16:12 (UTC+04:00)

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub.

Onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.

Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.

14:35

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

AzNews.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

AzNews.az