Bu rayonların prokurorları dəyişmədi

20 İyun 2025 14:46 (UTC+04:00)

Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib.

Təyinatlarla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Həsən Hənəfiyev Nəsimi, Hidayət Nurəlibəyov Nərimanov, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.