Katz: Terrorizm varsa, Hizbullah da olmayacaq

20 İyun 2025 14:52 (UTC+04:00)

İsrailin müdafiə naziri İsrael Katz Livanın şiə Hizbullah hərəkatına İranı dəstəklədiyi təqdirdə Təl-Əvivin sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

Katz bildirib ki, Hizbullahın rəhbəri sələflərinin taleyindən dərs almayıb və Tehrandan gələn əmrləri yerinə yetirərək yenidən İsraili hədələyir.

Katz X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində qeyd edib: "Livanın vəkilinə ehtiyatlı olmağı və İsrailin onu təhdid edən terrorçulara qarşı səbrini itirdiyini başa düşməyi təklif edirəm. Terrorizm varsa, Hizbullah da olmayacaq".

Mövsüm

Aznews.az