Laçında aparılan tikinti-bərpa işlərinin sürəti inanılmazdır.
Bu barədə “Report”un Laçındakı əməkdaşına açıqlamasında Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.
"Laçın heyrətamiz bir yerdir və daha heyrətamiz olan odur ki, son səfərimdən bəri burada miqyaslı dəyişikliklər baş verib. Sonuncu səfərim bir il yarım əvvəl olub. Burada nə qədər yeni tikililərin olması sadəcə inanılmazdır. Biz bu gün yeni hava limanına gəldik. Mən həqiqətən Azərbaycan və onun inkişafı ilə qürur duyuram", - səfir qeyd edib.
Diplomat qeyd edib ki, bu, artıq onun Laçına dördüncü səfəridir:
"Sabah biz Şuşa və Ağdama səfər edəcəyik. Ağdamda üç il əvvəl olmuşam və orada baş verən dəyişiklikləri görməyi səbirsizliklə gözləyirəm. Hər dəfə azad edilmiş ərazilərə gələndə əvvəllər gördüyüm yerləri tanımaq çətin olur - hər şey dəyişir, yeni, daha yaxşı və gözəl olur".