Hayfanın Bələdiyyə sədri: Şəhərdə strateji nöqtələr vuruldu

20 İyun 2025 19:03 (UTC+04:00)

İsrailin Hayfa şəhərinin meri Yona Yahav İranın İsrailə qarşı son cavab hücumlarında şəhərdəki iki strateji nöqtənin vurulduğunu açıqlayıb.

İsrailin "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, Yahav raketlərin vurulduğu bölgəyə gələrək açıqlama verib.

"Çox təəssüf edirəm. İranlılar iki strateji nöqtəni vurdular. Hayfa sakinlərinə deyirəm ki, göstərişlərə əməl edin", - Yahav deyib.

Mövsüm

Aznews.az