İran SN İsrailin hücumları nəticəsində 2800 iranlının yaralandığını bildirib

20 İyun 2025 19:11 (UTC+04:00)

İran Səhiyyə Nazirliyinin məlumatına görə, 13 iyundan bəri İsrailin zərbələri nəticəsində azı 2800 iranlı yaralanıb, 2000 nəfər artıq xəstəxanalardan buraxılıb.

Nazirlik bildirib ki, "Səhiyyə sektorumuzda heç bir problemimiz yoxdur. Bu günə olan məlumata görə, 2800 yaralı xəstəxanaya yerləşdirilib, 2000 nəfər isə müalicə olunaraq evə buraxılıb", - Fars Xəbər Agentliyi bildirib .

Bundan əvvəl İran hakimiyyəti Tehrandakı xəstəxana binasının İsrail ordusunun raket atəşinə məruz qaldığını bildirmişdi.

Mövsüm

Aznews.az