BMT: 600 min suriyalı öz ölkəsinə qayıdıb

20 İyun 2025 20:28 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Suriyada 14 ildir davam edən qarşıdurma səbəbindən qonşu ölkələrdə yaşayan 600 min qaçqının ölkələrinə qayıtdığını bildirib.

Qrandi, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qayıdışla bağlı X-də yazı paylaşıb.

Qrandi bu günün Ümumdünya Qaçqınlar Günü olduğunu xatırladıb və "14 illik qarşıdurmadan sonra qonşu ölkələrdən qayıdan 600 min insanın bəziləri ilə bu günü Suriyada keçirirəm",- deyə qeyd edib.

Qrandi Suriyanın geri qayıdanların təhlükəsizlik, imkanlar və dəstək təmin olunarsa, nəhayət qaçqın statusunu tərk edə biləcəyi bir yer olduğuna diqqət çəkib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi dünən X-də bunları paylaşmışdı: "Dekabrdan bəri 2 milyondan çox suriyalı qaçqın və köçkün öz evlərinə qayıdıb".

Mövsüm

Aznews.az