Fransa səfiri: Şuşada olmaqdan böyük sevinc hissi keçirirəm

21 İyun 2025 11:23 (UTC+04:00)

Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir.

Bu barədə "Report"un sualını cavablandırarkən Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.

Diplomat qeyd edib ki, bu, Şuşaya ilk səfəridir.

"Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib", - o vurğulayıb.

A.Buayon, həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunda aparılan tikinti-bərpa işlərinin gedişinə heyran qalıb.