Parlament dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsinin sadələşdirilməsini təsdiqləyib

21 İyun 2025 11:11 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qiymətli kağızlar bazarı haqqında” dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir.

Bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.