Diplomatlar Şuşada Mehmandarovların malikanəsini ziyarət ediblər

21 İyun 2025 12:25 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların nümayəndələrinin daxil olduğu nümayəndə heyəti Şuşa şəhərində tarixi Mehmandarovların Evini ziyarət edib.

Qonaqlar XVIII əsrə aid malikanənin memarlıq ansamblı ilə tanış olublar.

Ermənistanın işğalı dövründə hamam da daxil olmaqla binaların böyük hissəsi dağıdılmışdı. Mehmandarovların kiçik evi uzun illər baxımsız qalmışdı.

Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan bərpa işləri apararaq malikanənin tarixi görünüşünü yenidən canlandırıb.