Xarici diplomatlar Cıdır düzündə olublar

21 İyun 2025 12:46 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup Şuşada Cıdır düzündə olub.

Onlar Şuşa şəhərinin təbiət mənzərələrinin gözəlliyini öz gözləri ilə görüblər.

Nümayəndə heyətinin üzvləri, həmçinin Ermənistanın şəhərin işğalı dövründə törətdiyi cinayətlərin və vandalizm aktlarının nəticələri ilə tanış olublar. Onlara həmçinin Azərbaycanın mədəni və tarixi abidələrinin məhv edilməsi ilə bağlı faktlar nümayiş etdirilib.