Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq şansını itirə bilər.
Bu barədə jurnalistlərə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.
Qerçinskinin sözlərinə görə, 2023-cü ildə Gürcüstan Aİ üzvlüyünə namizəd olub, lakin indi ölkənin Avropaya inteqrasiyası dayandırılıb.
"Təəssüf ki, Gürcüstan uzun müddət Avropa İttifaqına üzv olmaq üçün tarixi şansını itirə bilər, üstəlik, Gürcüstanda demokratiya təhlükədədir", - deyə o, bildirib.
Mövsüm
Aznews.az