İsrail İranın İsfahandakı Nüvə obyektinə hücum edib

21 İyun 2025 13:34 (UTC+04:00)

İranın İsfahandakı nüvə obyekti İsrail tərəfindən vurulub, lakin təhlükəli maddələrin sızması qeydə alınmayıb.

İranın Fars xəbər agentliyi bu barədə məlumat yayıb.

"İsfahandakı nüvə obyekti də sionistlərin zərbələrinin hədəfləri arasında olub və hava hücumundan müdafiə sistemi buna cavab verib. Əhalini əmin edirik ki, ərazidə təhlükəli maddələrin sızması olmayıb, narahat olmağa heç bir əsas yoxdur", - agentliyin Teleqram kanalında dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, İsrailin zərbələri Lencan, Mobarakeh, Şahreza və İsfahan şəhərlərinin müəyyən ərazilərinə də endirilib.

Mövsüm

Aznews.az