İran diplomatik danışıqlarda ABŞ-yə etibar etmir

21 İyun 2025 14:23 (UTC+04:00)

İsveçrənin Cenevrə şəhərində yüksək səviyyəli Avropa rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra Amerika mətbuatı NBC News-a müsahibə verən Əraqçi , diplomatik həll üçün ABŞ ilə masa arxasında oturmağın çətinləşdiyini bildirib.

İyunun 15-də Tehran və Vaşinqton arasında keçirilməsi planlaşdırılan nüvə müzakirələrinə bir neçə gün qalmış İsrailin İrana hava hücumu təşkil etdiyini xatırladan Əraqçi, diplomatik danışıqlarda ABŞ-yə etibar edilib-edilməyəcəyindən artıq əmin olmadıqlarını qeyd edib.

ABŞ-nin diplomatiyaya marağı olmadığını və nüvə danışıqlarından "İsrailin hava hücumlarını ört-basdır etmək" üçün istifadə etdiyini iddia edən Əraqçi, "Artıq onlara necə güvənə biləcəyimizi bilmirik. Onların etdikləri diplomatiyaya xəyanətdir",-deyə qeyd edib.

İranlı nazir Əraqçi ölkəsinin danışıqlara hazır olduğunu, lakin bunun baş verməsi üçün İsrailin hava hücumlarının dayandırılması lazım olduğunu vurğulayıb.

Mövsüm

Aznews.az