Fatih Altaylı həbs olundu

21 İyun 2025 22:26 (UTC+04:00)

Türkiyədə məşhur telejurnalist Fatih Altaylı İstanbulda polislər tərəfindən saxlanılıb.

AzNews.az T24-ə istinadən xəbər verir ki, o, "Teşvikiye"dəki evində tutulub.

Evə gedən 7 nəfərlik polis qrupu telejurnalistin hara aparıldığı barədə məlumat verməyiblər.

Altaylının Türkiyə prezidentini təhqir və təhdid etməsi ittihamı ilə saxlanıldığı güman olunur.

İstanbul Prokurorluğu Fatih Altaylının həbs olunması ilə bağlı açıqlama verib:

"Fatih ALTAYLI haqqında öz adını daşıyan YouTube sosial media kanalında 20/06/2025 tarixli yayımdakı çıxışında hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli ifadələrinə görə, prezidentə təhdid (TCK 310/2-ci maddəsinə istinadən 106/1-ci maddə) ittihamı ilə prokurorluq tərəfindən araşdırma başladılmış və adı çəkilən şəxs İstanbul Polis İdarəsinə verilən təlimat əsasında bu gün saxlanılaraq həbs edilmişdir."

AzNews.az