İran İsrailə səhər hücumunda ilk dəfə olaraq yeni Xeybar raketlərindən istifadə edib .
Mehr xəbər agentliyi bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.
“Əməliyyat, daha dəqiq, dağıdıcı və təsirli zərbə üçün yeni və gözlənilməz taktikalardan istifadə edən SEPAH-ın üçüncü nəsil aerokosmik raketlərindən olan Xeybar çoxlu yüklü ballistik raketinin ilk istifadəsini gördü”.
Qeyd olunur ki, İslam Respublikası silahlı qüvvələrinin əsas imkanları hələ istifadə olunmur.
Mövsüm
Aznews.az