Azərbaycan XİN: "Tərəfləri dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”

22 İyun 2025 16:14 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Bu barədə Azərbaycan Xarici İşlər NazirliyiNİN ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatında bildirilib.

“Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”, – deyə bəyanatda bildirilib.

AzNews.az