Dəməşqdə kilsədə terror aktı törədilib, 25 nəfər ölüb, onlarla yaralı var

22 İyun 2025 21:09 (UTC+04:00)

Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.

Aznews.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.