İran urandan əl çəkmir

23 İyun 2025 10:29 (UTC+04:00)

“İran uranın dinc məqsədlər üçün zənginləşdirilməsindən imtina etmək niyyətində deyil”.

APA-nın məlumatına görə, bunu “ARD” telekanalının efirində bu ölkənin xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib.

O, həmçinin, bildirib ki, ölkəsi “Nüvə Silahının Yayılmaması üzrə Müqavilə”dəki öhdəliklərinə əməl edəcək.

Nazir müavininin sözlərinə görə, digər dövlətlər rəsmi Tehranın bu hüququnu məhdudlaşdıra bilməz:

“Biz “Nüvə Silahının Yayılmaması üzrə Müqavilə”nin xoşməramlı iştirakçısıyıq. Bu səbəbdən də ölkəmizin rifahı naminə uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdiririk. Öhdəliklərimizə əməl etdiyimiz müddətdə bizim bu hüququmuzu heç kim məhdudlaşdıra bilməz”.

AzNews.az