Milli Şurada Eldar Namazov böhranı- Toplantı

4 Sentyabr 2013 12:46 (UTC+04:00)

Sentyabrın 4-də Milli Şuranın Seçki Qərargahının həmsdəri Arif Hacılı seçki kampaniyası ilə bağlı son durumu "Yeni Müsavat"a açıqlayıb. O qeyd edib ki, artıq rayonlardan imza vərəqləri Seçki Qərargahına təqdim olunur: "Paralel olaraq toplanan imzaların yoxlanması prosesi də davam edir. Biz Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtda imza vərəqələrini Mərkəzi Seçki Komitəsinə təqdim edəcəyik".

"EL" Hərəkatının rəhbəri Eldar Namazovun Milli Şuradan küsməsi məsələsinə aydınlıq gətirən Arif Hacılı bildirib ki, sebtyabrın 4-də Müsavat başqanı İsa Qəmbərin, Milli Şuranın namizədi Cəmil Həsənli və onun iştirakı ilə görüş keçirilib: "Ətraflı müzakirə apardıq. Deməzdim ki, hər hansı bir inciklik yoxdur. Bu vəziyyət mətbuatda qərəzli olaraq şişirdilir. Hesab edirəm ki, "EL" Hərəkatı bundan sonra da seçki prosesinin əsas təşkilatçıalrıdan biri kimi fəaliyyətini davam etdirəcək. Açığı buna şübhə etməyə də heç ehtiyac yox idi".

Qeyd edək ki, mətbuatda Eldar Namazovun prokurorluqda dindirildiyi vaxt Milli Şura rəhbərliyinin onu yetərincə müdafiə etmədiyi və buna görə də onun qurumdan incidiyi yazılmışdı.

AzNews.az