İsrailin İranın Yəzd vilayətinə hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 10 əsgəri həlak olub.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
"İsrailin Yəzd əyalətinə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb", - Telegram kanalı bildirib.
Agentlik yazır ki, əyalət paytaxtının kənarındakı iki əraziyə hücum edilib, nəticədə bir neçə mühafizəçi də yaralanıb.
Mövsüm
Aznews.az