Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bloklayıb

23 İyun 2025 15:02 (UTC+04:00)

Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən görüşündə 18-ci anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olublar.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

"Biz və Slovakiya 18-ci sanksiya paketinin qəbulunu dəstəkləməmək qərarına gəldik. Macarıstanın Ukraynaya qeyri-məhdud dəstəyin əvəzini ödəməyə məcbur edilməsinə imkan verməyəcəyik ", - o, özünün Facebook səhifəsində görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qərar Avropa İttifaqının Rusiya neft və qazının alınmasını da qadağan etmək niyyəti fonunda qəbul edilib.

Siyarto qeyd edib ki, Macarıstan və Slovakiya bu enerji resurslarından imtina etməyə hazır deyil.

Mövsüm

Aznews.az