Dəməşq hücumunda ölənlərin sayı 25-ə çatıb

23 İyun 2025 15:12 (UTC+04:00)

Dəməşqdə kilsədə baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, daha 63 nəfər yaralanıb.

SANA xəbər agentliyi səhiyyə nazirliyinə istinadən xəbər verib.

“Duala bölgəsindəki Müqəddəs Elias kilsəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb, 63 nəfər yaralanıb”, - nəşrin Telegram kanalında deyilir.

Hücum xristianların məskunlaşdığı Duveyla məhəlləsində baş verib.

Mövsüm

Aznews.az