Tramp İrana təşəkkür etdi: "Sayələrində heç kim həlak olmadı"

24 İyun 2025 01:57 (UTC+04:00)

"İran Qətərdəki Amerika bazasına hücum etmək niyyəti barədə əvvəlcədən xəbərdarlıq edib, bunun sayəsində heç kim həlak olmadı və yaralanmadı, praktiki olaraq heç bir ziyan dəymədi".

Oxu.Az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"İrana ilkin xəbərdarlığına görə təşəkkür etmək istəyirəm, bu da bizə itkilərdən qaçmağa imkan verdi. Ola bilsin ki, indi İran regionda sülh və harmoniyaya nail ola biləcək və mən İsraili də şövqlə bunu etməyə təşviq edəcəyəm", - deyə o vurğulayıb.

Tramp İranın cavabını "çox zəif" adlandırıb. Onun sözlərinə görə, 14 raket atılıb, onlardan 13-ü vurulub, biri isə uçuş marşrutu təhlükə yaratmadığı üçün yerə düşməyə imkan verilib.

ABŞ prezidenti ümidvar olduğunu bildirib ki, daha nifrət olmayacaq.

AzNews.az