Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

24 İyun 2025 11:11 (UTC+04:00)

Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.

Deputatlar təbriki alqışlarla qarşılayıblar.