Suriya öz hava məkanını açıb

24 İyun 2025 13:02 (UTC+04:00)

Suriya iyunun 18-dən müvəqqəti olaraq bağlanmış uçuşlar üçün öz hava məkanını açıb.

Bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb.

"18 iyun 2025-ci il tarixindən etibarən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasından sonra çərşənbə axşamı səhər saat 10:00-dan normal vəziyyətə düşən hava məkanı naviqasiya üçün yenidən açılıb", - idarənin Facebook səhifəsində bildirilib.

Mövsüm

Aznews.az