Kreml NATO-nu təcavüz və qarşıdurma aləti adlandırıb

24 İyun 2025 13:09 (UTC+04:00)

NATO Rusiyaya qarşı təcavüz və qarşıdurma hədəfləyir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Fakt budur ki, bu gün sammit başlayır və NATO-nun bu sammitinin əsas vəzifələrindən biri olan Şimali Atlantika Alyansı, gəlin hər şeyi öz adı ilə adlandıraq - bu, qarşıdurma üçün yaradılmış ittifaqdır. Bu, təcavüz və qarşıdurma gətirən ittifaqdır", - o, brifinqdə deyib.

Mövsüm

Aznews.az