Ermənistanlı deputatın Rusiyaya giriş qadağan edilib

24 İyun 2025 21:27 (UTC+04:00)

Ermənistan Parlamentində hakim partiyanı təmsil edən deputat Xaçatur Sukiasyana Rusiya Federasiyasına giriş qadağan edilib.

Aznews.az xəbər verir ki, bu barədə “24news” məlumat yayıb.

Qadağanın səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Alrosa” şirkətinin istehsalı olan yüksək əyarlı almazları qarət edərək, Ermənistanın hakimiyyətyönümlü deputatı Xaçatur Sukiasyanın şirkətinə satan dəstə üzvlərini həbs edib.