Paşinyan dövlət çevrilişinə cəhd barədə açıqlama yayıb

24 İyun 2025 23:29 (UTC+04:00)

Ermənistanın Baş naziri Paşinyan dövlət çevrilişinə cəhd barədə məlumat verib.

AzPost bildirir ki, “Civic” nəşri keçmiş prezidentlər Köçəryan və Sarkisyanın, milyarder Karapetyanın, “Qazprom Ermənistan” və “Cənubi Qafqaz Dəmir Yolları” (Rusiya Dəmir Yolları) şirkətlərinin adının çəkildiyi hökuməti devirmək planı olan sənəd dərc edib.

Paşinyan bunu “əclafların uğursuz çevrilişi” adlandırıb.

“Fırıldaqçılar” Ermənistanda dövlət çevrilişi təşkil etməyi planlaşdırsalar da, buna nail ola bilməyiblər”. Bu barədə baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində məlumat verib.

Onun fikrincə, bu proses “fırıldaqçılar tərəfindən uğursuz dövlət çevrilişi” kimi tarixə düşəcək.

Baş nazir Ermənistan müxalifətinin hazırkı hökuməti devirmək planından bəhs edən “Civic” qəzetinin nəşrinə belə münasibət bildirib. Nəşr həmçinin “Çevriliş strategiyası” adlı sənədin yeddi naməlum bəndini dərc edib. Onun birinci səhifəsində planın məqsədinin “Paşinyanı devirmək və hakimiyyəti xalqa, kilsəyə və digər strukturlara ötürmək” olduğu qeyd edilir.

İyunun 18-nə keçən gecə İrəvanda erməni əsilli rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin ölkənin baş naziri Nikol Paşinyanın narazılığına səbəb olan hücumlarından sonra Erməni Apostol Kilsəsini dəstəkləyib. İş adamına qarşı iş açılıb və məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

AzNews.az