Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

25 İyun 2025 09:22 (UTC+04:00)

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

AzNews.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Grovv Audit and Consulting" MMC-dir.

Qalib şirkətə 23600 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "VXA-Audit" MMC olub. Şirkətə 17 140 manat ödənilib.