"Qarabağ" klubunun üzvləri Şuşada sakinlərlə görüşüblər

25 İyun 2025 10:27 (UTC+04:00)

“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.

Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ilk görüş Şuşada gerçəkləşib.

Onlar Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər. Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb.

Ağdam təmsilçisinin məşqçi heyəti və futbolçuları ilə şəkil çəkdirən yerli sakinlər onlara olan sevgilərini nümayiş etdiriblər.