Bu gün Naxçıvanın bəzi yerlərində su olmayacaq

25 İyun 2025 10:44 (UTC+04:00)

Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

Qaraçuq kəndi, Qaraxanbəyli kəndi , Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.