Vətəndaşların müraciətlərinə nəzarət ediləcək

4 Sentyabr 2013 14:27 (UTC+04:00)
Vətəndaşların e-gov.az portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərin nəzarət mexanizmi var.

Bu barədə AzNews.az-a Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib. Onun sözlərinə görə, hazırda elektron hökumət portalı vasitəsi ilə müraciətlər arxivləşdirilir. Orada göndərilən müraciətin ünvanı, məzmunu və sair göstərilir. Gələcəkdə bu mexanizm daha da genişləndiriləcək: "Aidiyyəti quruma çıxış qoyulacaq. Portal vasitəsi ilə müxtəlif orqanlara ünvanlanan müraciətlər nəzarət edici qurumlarda görünəcək. Ondan sonra sorğular, onların məzmunu və cavab verilib-verilməməsinin hesabatı aparılacaq".

"Müxtəlif orqanlara ünvanlanan müraciətlərin göründüyü nəzarət edici qurum Prezident Aparatıdirmi" sualımıza cavab olaraq N.Mərdanov bildirib ki, bu, hələ dəqiqləşməyib. Əlavə edib ki, mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən vətəndaşlar cavab almadıqları təqdirdə portala daxil olaraq sorğusunun təsdiqini arxivdən götürə biləcək.

Ruhiyyə
AzNews.az