Tramp və Zelenskinin NATO sammitində görüşü 40 dəqiqə davam edib

25 İyun 2025 21:58 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında NATO-nun Haaqa sammiti çərçivəsində görüşü 40 dəqiqə davam edib.

Bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.

Görüşün qapalı formatda, media nümayəndələrinin və yayımın iştirakı olmadan keçirildiyi qeyd edilir.

Həmçinin ölkə liderləri arasında söhbətin təfərrüatları hələlik verilməyib.

Mövsüm

Aznews.az