"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın söndürülüb

27 İyun 2025 00:02 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Aznews.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.