Ermənistan təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Ajapakhyanı saxladığı barədə məlumatlar təsdiqini tapmayıb.
Aznews.az-ın “Sputnik Armenia”-ya istinadən verdiyi xəbərə görə, Mikael Ajapakhyan hələ də Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahındadır.
Hazırda gərginlik qalmaqdadır, əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunur.
Mikael Ajapakhyan isə bildirib ki, gizlənmir və təhlükəsizlik qüvvələri ilə birlikdə getməyə hazırlaşır.
Qeyd edək ki, səhər saatlarında onun saxlanıldığı xəbərləri yayılmışdı.
Bunu bütün ermənilərin katolikosu II Qaregin bildirmişdi.
II Qaregin deyib ki, Erməni kiləsində axtarışlar və Mikael Ajapakhyanın saxlanılması ilə bağlı atılacaq addımlarla əlaqədar qərar verəcəklər: “Mikael Ajapakhyan indi vəkilimizlə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacağıq. Müzakirə aparıb qərar qəbul edəcəyik".
AzNews.az