"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib

27 İyun 2025 15:12 (UTC+04:00)

"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

Lənkəranın məşhur "Nənələr" folklor qrupunun üzvü 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, X.Quliyeva ilk dəfə yaradılan "Bacılar" adlı folklor qrupun yaradıcılarından olub.

O, doğulduğu Separadi kəndində dəfn olunacaq.

Aznews.az