Dünya gözəli müsəlmanları qəzəbləndirdi

4 Sentyabr 2013 19:05 (UTC+04:00)
İndoneziyada müsəlmanlar Bali kurort adasında təmtəraqlı Dünya Gözəli müsabiqəsinin keçirilməsinə etiraz edib.

İslam Sosial Forumu adlı təşkilat paytaxt Cakartada "Miss World müsabiqəsi qadınları istismar edir" şüarı altında kütləvi nümayiş keçirib.

Aksiyada müxtəlif mühəfizəkar qruplar və partiyalardan 200 ə yaxın fəal qatılıb. "Hotel İndonesia" mehmanxanası yaxınlığında bir araya gələn etirazçılar, müsabiq təşkilatçısının qərarlaşdığı hündürmərtəbəli binaya doğru yürüş edib. Etiraz aksiyasının aparıcı siması olan Məhəmməd-Əl-Xasas, dünya gözəli müsabiqəsinin İndonesiyanın mədəniyyətinə və milli dəyərlərinə cavab vermədiyini açıqlayıb. Nümayiş dinc keçsə də, etirazçılar "Cəhənnəm ol "Miss World" kimi təhqiredici şüarlar səsləndirib və höküməti müsabiqəni dayandırmağa çağırıb.Bundan əvvəl İndoneziyanın Dini Şurası qadınların yarıçılpaq bədən nümayişlərinin islam etiqadına zidd olduğunu deyərək höküməti təmtəraqlı tədbiri təxirə salmağa çağırmışdı.

Ölkədə yaşayan müsəlmanların sayına görə, dünyanın ən böyük müsəlman ölkəsi sayılan İndoneziyada 240 milyon nəfərdən çoxu dünyavi meylli olsa da, son illər kiçik –ultra mühafizəkarları fəaliyyəti xeyli güclənib. Etirazlara rəğmən Dünya gözəli müsabiqəsinin xarici iştirakçıları artıq İndoneziyaya gəlməyə başlayıb. Tədbirin açılış mərasiminin bazar günün Bali adasında baş tutacağı bildirilir.

AzNews.az