Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının başçısı, arxiyepiskop Mikael Acapaxyanın iki aylıq həbs qətimkan tədbiri tətbiq edilib.
AzNews.az xəbər verir ki, ona yalnız yaxın qohumları ilə ünsiyyətdə olmaq icazəsi verilib.
Arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla devrilməsi çağırışları etməkdə ittiham edilərək saxlanılmışdı.
Bu barədə arxiyepiskopun vəkili yaymışdı.
Vəkil bildirmişdi ki, istintaq orqanları arxiyepiskopun həbs edilməsi ilə bağlı məhkəməyə təqdimat verəcək.
Xatırladaq ki, bu, son iki gün ərzində həbs edilən ikinci dini liderdir. Daha öncə yepiskop Baqrat Qalstanyan barəsində də həbs qətimkan tədbiri tətbiq edilmişdi.
AzNews.az