Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb

28 İyun 2025 18:32 (UTC+04:00)

Bakının Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.

Aznews.az xəbər verir ki, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.

Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.