Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" beynəlxalq turnirində rapid mərhələsinə yekun vurulub.
Azərbaycan təmsilçisi Teymur Rəcəbov 9 turda 5 xal toplayaraq yekun sıralamada 5-ci yeri tutub.
Son üç turda Rəcəbov Valentinina Qunina, Raunak Sanhvani və Yifan Hu ilə heç-heçə oynayıb və hər oyundan yarım xal əldə edib.
Turnirin rapid mərhələsinin qalibi 7 xalla rusiyalı şahmatçı Vladislav Artemyev olub.
Qeyd edək ki, yarış bu gün və sabah davam edəcək. Blits mərhələsində ümumilikdə 18 tur keçiriləcək.
AzNews.az