Almaniyadan Ukraynaya önəmli səfər

30 İyun 2025 11:57 (UTC+04:00)

Almaniyanın xarici işlər naziri Johann Vadephul Kiyevə gəlib.

Bu barədə BILD qəzeti məlumat yayıb .

"Səfər çərçivəsində biznes nümayəndələri ilə Ukraynanın qərar qəbul edən şəxsləri arasında danışıqlar aparılacaq. Əsas diqqət pilotsuz uçuş aparatları, eləcə də tanklar və uzaq mənzilli silahlara yönəlib", - məqalədə deyilir.

Qeyd olunur ki, bu, onun vəzifəyə başladıqdan sonra ilk rəsmi səfəridir. Vadeful Ukrayna prezidenti Volodimir Zelenski və xarici işlər naziri Andrey Sibiqa ilə görüşməyi planlaşdırır .

Mövsüm

Aznews.az