Dövlət himayəsində olan uşaqlarla bağlı yenilik

30 İyun 2025 12:14 (UTC+04:00)

Dövlət himayəsində olan uşaqların ailə tipli kiçik qrup evi modelinə transformasiyası nəzərdə tutulur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlətin himayəsində olan uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı xidmətə yönəldilməsi məqsədilə bu müəssisələrin ailə tipli kiçik qrup evi modelinə transformasiyası istiqamətində işlərə başlanılıb.

AzNews.az