Rəsmi Dəməşq Türkiyəni hədələdi

4 Sentyabr 2013 16:04 (UTC+04:00)
Suriya xarici işlər nazirinin müavini Faysal al-Makdad, ABŞ-ın Suriyaya hərbi əməliyyat həyata keçirəcəyi təqdirdə, Dəməşqin yalnız İsraili deyil, İordaniya və Türkiyəni də vuracağını deyib.

Makdad amerikalıları sevdiyini bildirib:

"Amerikalı rəsmilərin ağıllı hərəkət edəcəyini, ədalətin səsini dinləyərək, təxribata yoluna getməyəcəklərini ümid edirik. Biz Amerika xalqını sevirik. Ərəb əsilli bir çox Amerikalı var və bunların bir qisimi də Suriyada yaşayır. Biz ABŞ-la müharibə istəmirik"

Al-Makdad ABŞ-ın bölgədəki ən əhəmiyyətli müttəfiqi olan İordaniya və Türkiyənin əməliyyata dəstək verərkən iki dəfə düşünməsi lazım olduğunu bildirib. Mikdad əməliyyatın Əl Qaidə tərəfdarı üsyançı qrupları gücləndirəcəyini söyləyərək Konqresin hücum üçün yaşıl işıq yandırmasının Suriya xalqı, Amerika xalqı və bölgədəki hər kəs üçün bir faciə olacağını söyləyib.(anspress)

AzNews.az