DİN AzNews.az-ın Nərimanov Məhkəməsi ilə bağlı xəbərini təsdiqlədi

4 Sentyabr 2013 16:24 (UTC+04:00)
AzNews.az naməlum şəxslərin Nərimanov rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılovun xidməti otağından sənəd oğurlaması və otağa xeyli ziyan vurması ilə bağlı xəbər yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov oğurluq faktını təsdiqləyib. Onun sözlərinə görə, hadisə iyun ayında baş verib: "Pəncərədən daxil olan naməlum şəxslər otaqdan sadə icraat materialını oğurlayıb. Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri davam edir".

E.Zahidov bildirib ki, oğurluq faktının hansı işlə bağlı olduğu araşdırılır: "Əməliyyat istintaq qrupu yaradılıb. Qrup materialın kimə lazım ola biləcəyi ehtimalını da araşdırır".

Xatırladaq ki, hadisəni şərh edərkən vəkil A.Məmmədov AzNews.az-a oğurluğu Pakistanın Azərbaycandakı səfirliyinin yerləşdiyi ərazi ətrafında başlayan məhkəmə qalmaqalı ilə əlaqələndirib.

Qeyd edək ki, Arif İsmayılov artıq Zaqatala rayon məhkəməsinin hakimidir.

Ruhiyyə
AzNews.az