İyunun 30-da həmyerlilərimizin meyitləri təyyarə ilə ölkəmizə gətirildi. Sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə daxil oldu, xüsusi komissiya tərəfindən meyitlər müayinə edildi.
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında deyib.
Baş direktor bildirib ki, meyitlərin müayinəsi gecəyarısı başa çatıb. Səhər saatlarında onların meyitləri yaşadıqları Ağcabədi rayonuna aparılıb.
***
"Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarladıq".
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
***
Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar. Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib?
APA xəbər verir ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
“Rusiyalı həkim Ziyəddin Səfərovun ölümünə səbəb olaraq xəstəliyi göstərib. Amma biz daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər heç də birinci qardaşdan fərqlənmirdi. Başın dəri örtüyünün iç səthində qan sızmalar, baş beynin sərt və yumşaq qişalarında qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması qənaətinə gəldik. Döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağ arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Kobud sınıqlar var idi. Hətta biz qabırğanın birini tapa bilmədik, götürmüşdülər. Qabırğaların çoxsaylı sınıqları, diafraqmada qan sızmalar, paranefral sahələrdə qan sızmalar, hemotomalar, onurğada yumşaq toxumalarda yayılmış qan sızmalar, xayaların və xayalığın qançırları və qan sızmalar ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən aldığı çoxsaylı xəsarətlərlə əlaqədar ağır posttravmatik şok olub. Kəskin ziddiyyət ikinci meyitdədir. Rusiya ölümə səbəb kimi ürək çatışmazlığı göstərsə də, biz tamamilə başqa geniş yayılmış travmalar tapdıq”, - Ədalət Həsənov qeyd edib.
***
Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.
İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.
AzNews.az