Tovuz sakini düşmən snayperinə tuş gəldi

4 Sentyabr 2013 19:35 (UTC+04:00)
Tovuz rayonunun Əlibəyli kənd sakini cəbhənin təmas xəttində düşmən snayperi tərəfindən vurulub.


ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, ağır yara alan 30 yaşlı Musayev Adil Vəkil oğlu, Tovuz rayon xəstəxanasına çatdırılıb. Aldığımız son məlumata görə, ilkin müayinədən sonra yaralı xəstəxanadan götürülərək, Şəmkir istiqamətinə aparılıb. Onun Şəmkir hospitalına yerləşdirildiyi bildirilir.

Əlibəyli kənd sakinlərinin verdikləri məlumata görə, hadisə BMT-nin nümayəndə heyətinin cəbhə xəttində monitorinq apardığı zaman baş verib.

***

Trend-in məlumatına görə, yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkim-travmatoloqu Arif Səmədovun verdiyi məlumata görə, güllə zərərçəkmişin qabaq çiyin nahiyəsindən dəyərək kürəyindən çıxıb, yaralı qan itirib. Hazırda zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Hadisə bu gün saat 17:00 radələrində baş verib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu gün günorta saatlarından başlayan atışma hələ də davam edir.

Hələ ki bu barədə rəsmi məlumat verilməyib.

AzNews.az