Özbəkistan XİN: Azərbaycanda yeni səfirlik binası açmağı planlaşdırırıq

1 İyul 2025 14:32 (UTC+04:00)

Özbəkistan Bakıda yeni səfirlik binası açacaq.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Bəli, biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışını planlaşdırırıq", - mənbə bildirib.

Yeni səfirlik binasının açılış mərasimi yaxın günlərdə baş tutacaq.